Aybəniz İsmayılova: "Azərbaycan Dəmir Yolları" hamı üçün daha əlçatan olur"

Aybəniz İsmayılova: "Azərbaycan Dəmir Yolları" hamı üçün daha əlçatan olur" “Azərbaycan Dəmir Yolları” QSC (ADY) nəqliyyatda inklüzivlik və dayanıqlıq istiqamətində geniş tədbirlər həyata keçirir.
İnfrastruktur
1 Noyabr , 2024 15:05
Aybəniz İsmayılova: Azərbaycan Dəmir Yolları hamı üçün daha əlçatan olur

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) nəqliyyatda inklüzivlik və dayanıqlıq istiqamətində geniş tədbirlər həyata keçirir.

"Report" xəbər verir ki, bu barədə ADY-nin Kommunikasiya Departamentinin rəhbəri Aybəniz İsmayılova Bakıdakı COP29 Qlobal İqlim Konfransına hazırlıq çərçivəsində görülən işlərlə bağlı keçirilən mediaturda məlumat verib.

A. İsmayılova vurğulayıb ki, ADY dayanıqlılığı əsas dəyər kimi qəbul edir və ətraf mühitin qorunması ilə bağlı məsuliyyətini daşıyır: "Həmçinin inklüziv nəqliyyat xidmətlərinin genişləndirilməsinə xüsusi önəm verən ADY, fiziki imkanları məhdud sərnişinlərin ehtiyaclarına uyğun şərait yaradılması üçün mühüm işlər görür. COP29 hazırlıqları çərçivəsində taktil döşəmələrin yenilənməsi və digər əlçatanlıq tədbirləri görülüb".

A.İsmayılovanın sözlərinə görə, ADY sərnişindaşımada bərabər imkanların təmin olunmasını hədəfləyir: "Yeni qatarlarda fiziki imkanları məhdud şəxslər üçün yönləndirmə sistemləri və dəstəkləyici xidmətlər, brayl əlifbası ilə yazılar, xüsusi giriş qapıları, sanitar qovşaqlar və əlverişli oturacaqlar mövcuddur. Onlayn bilet alışı zamanı müyəssərlik menyusu da əlavə edilib.

ADY-nin həssas qrupların cəmiyyətə inteqrasiyasını dəstəkləyən sosial siyasəti çərçivəsində tərəfdaşlarla əməkdaşlıq edilir və bu məqsədlə qatar heyətinə təlimlər keçirilir. Həmçinin stansiya və dayanacaqlarda müasir turniketlər, bilet köşkləri, müşahidə kameraları, eskalator və liftlər, eləcə də gözləmə zalları və piyada keçidləri quraşdırılıb".

A. İsmayılova əlavə edib ki, Abşeron dairəvi dəmir yolu xəttində bütün stansiyalarda velosiped dayanacaqları quraşdırılıb.

Son xəbərlər

Orphus sistemi