Avropa Komissiyası və Qazaxıstan Orta Dəhliz Koordinasiya Platformasını işə salıb

Avropa Komissiyası və Qazaxıstan Orta Dəhliz Koordinasiya Platformasını işə salıb Avropa Komissiyası və Qazaxıstan Nəqliyyat Nazirliyi bu gün Astanada Transxəzər Nəqliyyat Marşrutunun (TBNM, Orta Dəhliz) Koordinasiya Platformasını işə salıb.
İnfrastruktur
12 İyun , 2024 11:53
Avropa Komissiyası və Qazaxıstan Orta Dəhliz Koordinasiya Platformasını işə salıb

Avropa Komissiyası və Qazaxıstan Nəqliyyat Nazirliyi bu gün Astanada Transxəzər Nəqliyyat Marşrutunun (TBNM, Orta Dəhliz) Koordinasiya Platformasını işə salıb.

“Report” bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.

“Tədbirdə Mərkəzi Asiya ölkələrinin və dəhliz boyu yerləşən digər ölkələrin, eləcə də beynəlxalq maliyyə institutlarının və Avropa İttifaqına (Aİ) daxil olmayan G7 ölkələrinin nümayəndələri iştirak ediblər. Yeni platforma 15 gün və ya daha az müddətdə Avropanı Asiya ilə birləşdirən multimodal və rəqabətli marşruta çevirmək üçün Orta Dəhlizin funksionallığını genişləndirməyə çalışacaq”, - məlumatda qeyd edilib.

Nəqliyyat Nazirliyi bildirib ki, yeni platforma Orta Dəhlizin irəliləyişinə və Mərkəzi Asiyada fiziki və yumşaq infrastruktur sahəsində prioritet layihələrin həyata keçirilməsi üçün səylərin əlaqələndirilməsinə kömək edəcək. O, həmçinin dəmir yolları, yol və liman infrastrukturuna investisiyaları stimullaşdıracaq və əlaqələndirəcək.

“Koordinasiya Platformasının yaradılması bizə ümumi məqsədlərə nail olmaq üçün qüvvələri birləşdirmək, təcrübə və fikir mübadiləsi aparmaq üçün unikal imkan yaradır. Qeyd etmək istəyirəm ki, TBNM-in inkişafı üçün böyük və davamlı məqsədlərin həyata keçirilməsi baxımından mühüm rol oynayan bu işə Azərbaycan, Ermənistan, Gürcüstan və Türkiyədən olan tərəfdaşlarımız dəvət olunub”, - Qazaxıstan nəqliyyat naziri Marat Karabayev bildirib.

Aİ-nin Avropa Komissiyasının beynəlxalq əməkdaşlıq üzrə baş direktoru Henrik Hololey bildirib ki, TBNM üçün yaradılmış Koordinasiya Platforması Mərkəzi Asiya və Avropanı bir-birinə daha da yaxınlaşdırmağa yönəlmiş mühüm addımdır.

Son xəbərlər

Orphus sistemi