Aviaşirkətlər 2050-ci ilə kimi CO2 emissiyasını sıfıra endirəcək

Aviaşirkətlər 2050-ci ilə kimi CO2 emissiyasını sıfıra endirəcək Qlobal aviaşirkətlər 2050-ci ilə kimi atmosferə karbon qazı (CO2) tullantılarını sıfır səviyyəsinə çatdıracaqlar.
İnfrastruktur
5 Oktyabr , 2021 13:15
Aviaşirkətlər 2050-ci ilə kimi CO2 emissiyasını sıfıra endirəcək

Qlobal aviaşirkətlər 2050-ci ilə kimi atmosferə karbon qazı (CO2) tullantılarını sıfır səviyyəsinə çatdıracaqlar.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasına (IATA) üzv olan və aviadaşımaların 82 %-ni təmin edən 290 şirkət dünən müvafiq qətnaməni təsdiq edib.

IATA-nın məlumatına görə, bu hədəfə çatmaq üçün aviaşirkətlərin həyata keçirəcəyi tədbirlərə ekoloji təmiz aviasiya yanacağından (SAF) aktiv istifadə, yeni texnologiyaların tətbiqi, infrastrukturun effektivliyinin artırılması, həmçinin elektrikli və hidrogen mühəriklərdən istifadə daxildir.

Son xəbərlər

Orphus sistemi