Astara terminalının direktoru dəyişib

Astara terminalının direktoru dəyişib "Azərbaycan Dəmir Yolları" QSC-yə məxsus "Astara Terminal" MMC-nin direktoru Rahim Mustafayev vəzifəsindən azad edilib.
İnfrastruktur
31 Oktyabr , 2022 15:41
Astara terminalının direktoru dəyişib

"Azərbaycan Dəmir Yolları" QSC-yə məxsus "Astara Terminal" MMC-nin direktoru Rahim Mustafayev vəzifəsindən azad edilib.

"Report" xəbər verir ki, şirkətə rəhbərlik Zaur Ramazanova həvalə olunub.

Xatırladaq ki, "Astara Terminal" 2020-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 200 manatdır. Şirkət Azərbaycanın İranın Astara şəhərində inşa etdiyi terminalın idarə edilməsi ilə məşğuldur.

2021-ci ildə Astara terminalında 350 686 ton və yaxud 8 112 vaqon yük aşırılıb. Bunun 38%-i taxta və taxta məmulatları, 22%-i meyvə-tərəvəz, 19%-i konteyner, 9%-i tikinti materialları (klinker, sement və kafel), 6%-i dənli bitkilər (arpa, taxıl, buğda və mərci), 7%-i isə digər yüklər olub. Yüklərin 74%-i Azərbaycan ərazisindən nəql edilən tranzit yüklərin payına düşüb.

Son xəbərlər

Orphus sistemi