Astara terminalında aşırılan yüklərin həcmi 16% artıb

Astara terminalında aşırılan yüklərin həcmi 16% artıb İran ərazisində yerləşən Astara yük terminalının operatoru - “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) törəmə müəssisəsi “ADY Express” MMC burada aşırılan yüklərin həcmini artırmağa müvəffəq olub.
İnfrastruktur
6 Yanvar , 2021 10:36
Astara terminalında aşırılan yüklərin həcmi 16% artıb
0 : 00
0 : 00

İran ərazisində yerləşən Astara yük terminalının operatoru - “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) törəmə müəssisəsi “ADY Express” MMC burada aşırılan yüklərin həcmini artırmağa müvəffəq olub.

“Report” xəbər verir ki, bu barədə şirkətin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, 2020-ci ildə terminalda aşırılan yüklərin həcmi 422,1 min ton və yaxud 8 918 vaqon təşkil edib ki, bu da 2019-cu illə müqayisədə 16% çoxdur. Ötən il gündəlik aşırılan yüklərin həcmi 1 384 ton və yaxud 29 vaqon təşkil edib.

Yüklərin 37%-i taxta və taxta materialları, 20%-i tikinti materiallar (sement, klinker, kafel və s.), 13%-i meyvə və tərəvəzlər, 11%-i konteyner, 8%-i dənli bitkilər (arpa, taxıl, buğda və mərci), 11%-i isə digər yüklərə aid olub.

Şimal-Cənub Beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan Astara yük termilanından keçən yüklərun əksəriyyəti Rusiya və İrana aiddir. Ötən ilin 12 ayı ərzində buradan keçən yüklərin 75% Azərbaycan ərazisindən nəql edilən tranzit yüklərin payına düşüb.

Son xəbərlər

Orphus sistemi