Astara sərhəd keçid məntəqəsindən tranzit daşımaları 2,8 dəfə artıb

İnfrastruktur
  • 17 aprel, 2024
  • 13:37
Astara sərhəd keçid məntəqəsindən tranzit daşımaları 2,8 dəfə artıb

İran təqvimi ilə (il martın 21-də başlayır və martın 19-da bitir) bir il ərzində Astara sərhəd keçid məntəqəsi vasitəsilə 1,420 milyon tondan çox tranzit yük daşınıb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bunu İranın Yolların İstismar və Nəqliyyat Təşkilatının tranzit idarəsinin baş direktoru Cavad Hedayəti deyib.

O bildirib ki, bu, daha əvvəlki illə müqayisədə 184 % və ya 2,8 dəfə çoxdur: “Astara sərhədindən yük avtomobilləri üçün birinci körpünün təməlinin möhkəmləndirilməsi, sərhəddə ikinci körpünün tikintisi, Azərbaycannın investisiyası ilə dəmir yolu infrastrukturunun inkişafı, Astara limanının inkişafı, Astara dairəvi avtomobil yolunun istifadəyə verilməsi və yeni körpünün tikintisi, eləcə də sərhəddə yeni sərhəd terminalının tikintisi Yollar və Şəhərsalma Nazirliyinin həyata keçirdiyi infrastruktur proqramları sırasındadır”.

44 filmi