ASCO: Süveyş kanalında gəmimiz üzmür

ASCO: Süveyş kanalında gəmimiz üzmür Hazırda Qara və Aralıq dənizi hövzələrində ASCO-ya məxsus 11 gəmi Azərbaycanın bayrağı altında üzür
İnfrastruktur
178
29 Mart , 2021 15:50
ASCO: Süveyş kanalında gəmimiz üzmür

Süveyş kanalının bağlanmasının Azərbaycanın beynəlxalq sularda üzən gəmilərinə heç bir təsiri olmayıb.

Bu, "Report"un sorğusuna cavab olaraq "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) Mətbuat xidmətindən bildirilib.

"Həmin kanalın ərazisində ASCO-ya məxsus gəmilər üzmür. Xarici sulardakı fəaliyyətimiz uzun fasilədən sonra 2014-cü ildə Prezident İlham Əliyevin tapşırığına əsasən, “Üzeyir Hacıbəyli” və “Natəvan” gəmilərinin alınması ilə bərpa edilib. Hazırda Qara və Aralıq dənizi hövzələrində ASCO-ya məxsus 11 gəmi Azərbaycanın bayrağı altında üzür. Onlardan 3-ü tanker, 8-i quru yük daşıyan gəmidir”, - açıqlamada qeyd olunub.

Xatırladaq ki, Aralıq və Qırmızı dənizlərini birləşdirən Süveyş kanalı bir neçə gün bundan əvvəl “Ever Given” yük gəmisinin saya oturması nəticəsində bağlanıb. Ümumi uzunluğu 400 metr, yükgötürmə qabiliyyəti isə 224 min ton olan gəmi Çindən Niderlanda doğru hərəkət edərkən kanalın 151-ci km-liyində saya oturub.

Son xəbərlər

Orphus sistemi