ASCO Xəzərdə üzən bütün gəmilərinə xəbərdarlıq edib

ASCO Xəzərdə üzən bütün gəmilərinə xəbərdarlıq edib “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASC) küləkli hava şəraiti ilə əlaqədar Xəzərdə üzən bütün gəmilərinə xəbərdarlıq göndərib.
İnfrastruktur
19 Dekabr , 2022 13:05
ASCO Xəzərdə üzən bütün gəmilərinə xəbərdarlıq edib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) küləkli hava şəraiti ilə əlaqədar Xəzərdə üzən bütün gəmilərinə xəbərdarlıq göndərib.

Bunu "Report"un sorğusunu cavablandıran ASCO-nun mətbuat katibi Mehman Mehdiyev deyib.

Xəbərdarlıqda qeyd olunub ki, gözlənilən hava şəraiti ilə əlaqədar gəmilərdə qabaqlayıcı təhlükəsizlik tədbirləri görülsün. Bildirilib ki, gəmilərin qeyd edilən tarixdə təhlükəsiz sığınacaqlara getməsi təmin olunsun.

"Həmçinin səfərə çıxacaq və dənizdə hərəkətdə olan gəmilər gözlənilən hava şəraitini nəzərə alaraq sığınacaqlara getmələrini qabaqcadan planlaşdırmalıdırlar", -deyə M. Mehdiyev əlavə edib.

Qeyd edək ki, dekabrın 19-dan gecə saatlarından dekabrın 21-ə dək Xəzər Dəniz Akvatoriyasında şimal-qərb-şimal küləyinin 18-23 m\s, arabir 25-30 m\s acıq dənizdə 33 m\s qədər güclənəcəyi proqnoz edilir. Dalğanın hündürlüyünün 2-4 metr, Xəzərin orta hissəsində 4-6 metr olacagı gözlənilir.

Son xəbərlər

Orphus sistemi