“Aqrar Tədarük və Təchizat” satış yarmarkalarında çadır quraşdırıcısını seçib

“Aqrar Tədarük və Təchizat” satış yarmarkalarında çadır quraşdırıcısını seçib Qalib şirkətə 75 min manat ödəniləcək
İnfrastruktur
21 Avqust , 2021 10:27
“Aqrar Tədarük və Təchizat” satış yarmarkalarında çadır quraşdırıcısını seçib

Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqrar Tədarük və Təchizat” ASC kənd təsərrüfatı və ərzaq məhsullarının satış yarmarkalarında çadırın quraşdırılması, bir məntəqədən digər məntəqəyə daşınması, sökülməsi, mütəmadi kimyəvi təmizlənməsi, yuyulması, karkas-tent konstruksiyasının təmir və bərpa işlərinin satınalınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

"Report" vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi "Emv Group" MMC-dir.

Qalib şirkətə 75 min manat ödəniləcək.

Son xəbərlər

Orphus sistemi