Aİ qanunsuz miqrantların daşıyıcılarına qarşı sanksiyalar tətbiq edəcək

Aİ qanunsuz miqrantların daşıyıcılarına qarşı sanksiyalar tətbiq edəcək Avropa İttifaqı (Aİ) qanunsuz miqrantların Aİ ərazisinə daşınmasını həyata keçirən və ya bu işdə Belarus hakimiyyətinə kömək edən fiziki və hüquqi şəxslərə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq etmək üçün sanksiya rejiminə dəyişiklik edib.
İnfrastruktur
15 Noyabr , 2021 15:34
Aİ qanunsuz miqrantların daşıyıcılarına qarşı sanksiyalar tətbiq edəcək

Avropa İttifaqı (Aİ) qanunsuz miqrantların Aİ ərazisinə daşınmasını həyata keçirən və ya bu işdə Belarus hakimiyyətinə kömək edən fiziki və hüquqi şəxslərə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq etmək üçün sanksiya rejiminə dəyişiklik edib.

“Report” xəbər verir ki, bu barədə Aİ Şurasının bəyanatında deyilir.

“Artıq Aİ özünün xarici sərhədlərindən qanunsuz keçməni təşkil edən və ya Aİ-nin xarici sərhədlərindən qanunsuz keçilməsinə şərait yaradan Lukaşenko rejiminə kömək edən fiziki və hüquqi şəxsləri izləyə biləcək”, - bəyanatda deyilir.

Sanksiyalar qaçqınların Minskə daşınmasını həyata keçirən aviasiya şirkətlərinə qarşı tətbiq edilə bilər.

Daha əvvəl Aİ Polşa ilə sərhəddə baş verən miqrasiya böhranı səbəbindən Belarusa qarşı sanksiyaları genişləndirmək niyyətində olduğunu bəyan etmişdi.

Son xəbərlər

Orphus sistemi