Ağcabədi şəhərinə içməli suyun verilməsində məhdudiyyətlər yaranıb

İnfrastruktur
  • 20 sentyabr, 2022
  • 12:34
Ağcabədi şəhərinə içməli suyun verilməsində məhdudiyyətlər yaranıb

Magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar Ağcabədi şəhərinə içməli suyun verilməsində məhdudiyyətlər yaranıb.

Bu barədə "Report"a Azərsu ASC-dən bildirilib.

Məlumata görə, hazırda qurumun qəza briqadası və texnikası qəza yerində işləyir. Qəza aradan qaldırıldıqdan sonra şəhərə suyun verilişi bərpa olunacaq.