ADY Türkiyə və Azərbaycandan Çinə qayıdan yük axınının formalaşdırılmasına kömək etməyə hazırdır

ADY Türkiyə və Azərbaycandan Çinə qayıdan yük axınının formalaşdırılmasına kömək etməyə hazırdır “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Qərb-Şərq istiqamətində Türkiyə və Azərbaycandan Çinə qayıdan yük axınının formalaşdırılmasına kömək etməyə hazırdır.
İnfrastruktur
21 May , 2024 18:55
ADY Türkiyə və Azərbaycandan Çinə qayıdan yük axınının formalaşdırılmasına kömək etməyə hazırdır

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Qərb-Şərq istiqamətində Türkiyə və Azərbaycandan Çinə qayıdan yük axınının formalaşdırılmasına kömək etməyə hazırdır.

"Report" xəbər verir ki, bu barədə Çin Xalq Respublikasında rəsmi səfərdə olan ADY-nin sədri Rövşən Rüstəmovun “Çin Dəmir Yolları” dövlət korporasiya şirkətinin sədri Liu Jenfanq ilə keçirilən görüşdə bildirilib.

Tərəflər Orta Dəhlizin rəqabət və yükdaşıma qabiliyyətini artırmaq üçün Çin tərəfinin dəmir yolu ilə tranzit daşımaların və Azərbaycan ərazisindən keçən tranzit marşrutu üzrə daşımaların subsidiyalaşdırılması haqqında fikir mübadiləsi aparıb.

Görüş zamanı Azərbaycan və Çin dəmir yolları arasında əməkdaşlığın mövcud və gələcək inkişaf perspektivləri, hər iki tərəfi maraqlandıran aktual məsələlər ətrafında geniş müzakirələr aparılıb.

R. Rüstəmov hər iki ölkənin ali rəhbərliyinin görüşləri zamanı Orta Dəhlizlə bağlı müzakirələri xatırladaraq Azərbaycan və Çin arasında müxtəlif sahələrdə olduğu kimi, dəmiryol nəqliyyatı sahəsində də əlaqələrin genişləndiyini vurğulayıb.

Görüş zamanı ADY nümayəndə heyəti Orta Dəhlizin inkişafı istiqamətində Azərbaycan tərəfinin həyata keçirdiyi layihələr, yeni reallıqlar və imkanlar barədə geniş təqdimatla çıxış edib. Təqdimatda ADY-nin cari ilin dörd ayı ərzində Orta Dəhlizlə yük daşımalarının həcminin 2023-cü illə müqayisədə 35 % artdığı, Çinin Sian limanından bu dəhlizlə ümumilikdə 60 blok qatarın yola salındığı, eləcə də BTQ dəmir yolu xətti ilə yük daşımaların bərpa edildiyi və onun yükburaxma qabiliyyətinin artıq illik 5 milyon tona çatdırılması barədə məlumat verilib.

Yekun olaraq Orta Dəhlizdə mövcud olan çətinliklər və onların aradan qaldırılması üzrə atılacaq birgə addımlar barədə ətraflı müzakirələr aparılıb.

Son xəbərlər

Orphus sistemi