“ADY Express” vaqon təmirini 70% artırıb

“ADY Express” vaqon təmirini 70% artırıb 2020-ci ildə "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) törəmə müəssisəsi - "ADY Express" MMC-nin Bakının Qaradağ rayonunun Ələt qəsəbəsidə yerləşən “Şərq” Vaqon Deposunda 1 091 ədəd vaqon təmir olunub.
İnfrastruktur
8 Yanvar , 2021 10:01
“ADY Express” vaqon təmirini 70% artırıb

2020-ci ildə "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) törəmə müəssisəsi - "ADY Express" MMC-nin Bakının Qaradağ rayonunun Ələt qəsəbəsidə yerləşən “Şərq” Vaqon Deposunda 1 091 ədəd vaqon təmir olunub.

"Report" şirkətə istinadən xəbər verir ki, bu, 2019-cu illə müqayisədə 70% çoxdur.

İl ərzində təmir olunmuş vaqonlar arasında 229 ədəd çən vaqon, 204 yarımvaqon, 219 örtülü vaqon, 218 refrejirator, 219 platforma və 2 taxıldaşıyan vaqon olub. Ən yüksək göstərici ötən ilin noyabr ayında qeydə alınıb – 147 vaqon.

“Şərq” vaqon deposunun fəaliyyəti, koronavirus pandemiyası ilə bağlı ölkədə tətbiq edilən xüsusi karantin rejimiinə uyğun təşkil edilib, növbəli iş rejimi yaradılıb və təmir işləri fasiləsiz davam etdirilib. Deponun nəzdində fəaliyyət göstərən bütün sexlərdə işlər əvvəlki qaydada aparılıb. Nəticədə yük vaqonlarının vaxtında təmir işlərinin yekunlaşdırılması və yüklərin nəqlində istifadə olunmasına şərait yaradılıb.

Hazırda depoda mərhələli şəkildə təmir bərpa işləri aparılır. Deponun yenidənqurulması və onun müasir mühəndis və texnoloji avadanlıqlarla təchiz olunması, Azərbaycanda mövcud olan vaqon parkına daxil olan bütün növ yük vaqonlarının təmirin aparılmasına xidmət edəcək. Deponun yenidənqurulması konsepsiyası, istehsal prosesinin dayandırmamaq şərti ilə maksimal dərəcədə mövcud tikililərin və qurğuların saxlanılması nəzərə alınmaqla hazırlanıb. Beləliklə hazırda “Şərq” vaqon deposunda yenidənqurma işləri ilə paralel olaraq texnoloji proses – vaqonların təmiri işləri davam etdirilir", - məlumatda qeyd olunub.

Son xəbərlər

Orphus sistemi