ADY Dünya Bankı ilə əməkdaşlığı genişləndirir

ADY Dünya Bankı ilə əməkdaşlığı genişləndirir Azərbaycan Dünya Bankı ilə ölkədə dəmiryolu nəqliyyatının inkişafı və mövcud infrastrukturun müasirləşdirilməsi istiqamətində prioritet layihələr barəsində səmərəli müzakirələr aparıb.
İnfrastruktur
12 Sentyabr , 2023 17:24
ADY Dünya Bankı ilə əməkdaşlığı genişləndirir

“Azərbaycan Dəmir Yolları’’ QSC (ADY) Dünya Bankı ilə əməkdaşlığın genişləndirilməsi imkanları ilə bağlı müzakirələr aparıb.

ADY-dən "Report"a verilən məlumata görə, bu barədə müzakirələr Səhmdar Cəmiyyətin sədri Rövşən Rutəmovun Dünya Bankının Azərbaycan üzrə yeni təyin olunmuş ölkə meneceri Ştefani Ştalmeysterlə görüşündə aparılıb.

Qarşı tərəfə ölkəmizin ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizləri, mövcud infrastruktur və son dövrdə rəqəmsallaşma sahəsində görülən işlər barəsində ətraflı məlumat verilib.

Görüşdə bankın maliyyə dəstəyi ilə dəmir yolları infrastrukturunun müasirləşdirilməsi istiqamətində prioritet layihələr barəsində geniş müzakirələr aparılıb.

Qeyd edək ki, Ş. Ştalmeyster iyulun 1-dən etibarən Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri vəzifəsini icra edir. Yeni ölkə meneceri bu təyinata qədər Dünya Bankının Vyetnam, Şərqi Asiya və Sakit Okean üzrə əməliyyat menecer olub.

Son xəbərlər

Orphus sistemi