ABŞ-da “Hyperloop” vakuum qatarı ilk sərnişinləri daşıyıb

ABŞ-da “Hyperloop” vakuum qatarı ilk sərnişinləri daşıyıb Tuneldən keçərkən kapsul saniyədə 48 metr sürət yığıb
İnfrastruktur
9 Noyabr , 2020 17:55
ABŞ-da “Hyperloop” vakuum qatarı ilk sərnişinləri daşıyıb

“Virgin Hyperloop” şirkəti yeni nəqliyyat növünün - vakuum qatarı kapsulunun prototipinin ilk sərnişin sınaqlarını uğurla başa çatdırıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə şirkətin açıqlamasında deyilir.

Bəyanatda qeyd olunur ki, kapsulun ilk sərnişinləri şirkətin həmtəsisçisi Coş Gigel və sərnişinlərə xidmət keyfiyyətinin müdiri Sara Luçian olublar. Sınaqlar noyabarın 8-də 500 metrlik tunelin inşa edildiyi Nevadadaki “DevLoop” poliqonunda baş tutub.

Xüsusi olaraq sınaqlar üçün ikiyerlik kapsul (XP-2) hazırlanıb. Əsas daşıyıcının daha böyük olacağı və 28 nəfərlik tutuma malik olacağı məlumdur. Şirkətdən bildirilib ki, kiçik ölçülü prototip bu növ səyahətin təhlükəsizliyini nümayiş etdirmək məqsədi daşıyıb.

Tuneldən keçərkən kapsul saniyədə 48 metr sürət yığıb.

Qeyd edək ki, “Hyperloop” (“hiperilmə”) ideyası 2012-ci ildə mühəndis, təşəbbüskar və investor İlon Mask tərəfindən təqdim edilib. Yeni nəqliyyat vasitəsinin təyyarədən iki, sürət qatarından üç-dörd dəfə daha sürətli olacağı planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi