AAYDA: "Bakıda yol ötürücüsü üzərində yaranmış aşınma aradan qaldırılır"

AAYDA: "Bakıda yol ötürücüsü üzərində yaranmış aşınma aradan qaldırılır" Bakının Nəsimi rayonunun Əbdülvahab Salamzadə küçəsi ilə Tbilisi prospektinin kəsişməsində yerləşən yol ötürücüsünün üzərində ("Qələbə dairəsi”dən Ziya Bünyadov prospekti istiqamətində) asfalt-beton örtüyünün bir hissəsində aşınma yaranıb.
İnfrastruktur
13 Dekabr , 2023 09:55
AAYDA: Bakıda yol ötürücüsü üzərində  yaranmış aşınma aradan qaldırılır

Bakının Nəsimi rayonunun Əbdülvahab Salamzadə küçəsi ilə Tbilisi prospektinin kəsişməsində yerləşən yol ötürücüsünün üzərində ("Qələbə dairəsi”dən Ziya Bünyadov prospekti istiqamətində) asfalt-beton örtüyünün bir hissəsində aşınma yaranıb.

"Report" bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir.

Məlumata görə, hazırda asfalt-beton örtüyünün aşınmış hissəsi bərpa olunur. Qısa müddət ərzində problem aradan qaldırılacaq.

Son xəbərlər

Orphus sistemi