A​ZAL-a "Skytrax"ın"4 ulduz" reytinqi verilib

A​ZAL-a "Skytrax"ın"4 ulduz" reytinqi verilib "Skytrax" şirkətinin aviaşirkətlərin reytinqi üzrə şkalası 1-5 ulduz arası qiymətləndirilir
İnfrastruktur
17 İyun , 2015 16:40
A​ZAL-a Skytraxın4 ulduz reytinqi verilib

Bakı. 17 iyun. REPORT.AZ/ “Azərbaycan Hava Yolları" (AZAL) QSC aviaşirkətlərin xidmət səviyyəsinin qiymətləndirilməsi sahəsində fəaliyyət göstərən "Skytrax" (B.Britaniya) konsaltinq şirkəti tərəfindən "4 ulduz" reytinqinə layiq görülüb.

AZAL-dan “Report”a verilən məlumata görə, bu status "Skytrax"ın xidmət keyfiyyəti və səviyyəsini qiymətləndirən müstəqil beynəlxalq auditi nəticəsində verilib.

"Skytrax" şirkətinin aviaşirkətlərin reytinqi üzrə şkalası 1-5 ulduz arası qiymətləndirilir və aviasiya ictimaiyyəti tərəfindən xidmət keyfiyyətinin qiymətləndirilməsi sahəsində obyektiv və təkzibedilməz meyar kimi qəbul edilir. "Skytrax"ın cari reytinqinə görə, ümumilikdə dünyada "4 ulduz" reytinqli 35 aviaşirkət qeydə alınıb ki, bunların da arasında "Emirates", "Air France", "Lufthansa", "Turkish Airlines", KLM, "British Airways", "Japan Airlines" və digər qlobal daşıyıcılar var.

Son vaxtlara qədər Şərqi Avropa və MDB ölkələri arasında "4 ulduz" reytinqli yalnız bir daşıyıcı qeydə alınıb.

Bu reytinqin verilməsindən öncə AZAL müstəqil beynəlxalq auditorlar tərəfindən göstərilən xidmətlərin keyfiyyəti və işçi heyətinin iş standartlarını əhatə edən 800-dən çox meyar üzrə qiymətləndirilib. Bütövlükdə aviaşirkətin saytı, saytda məlumatın təqdim olunması, biletlərin onlayn bronlaşdırılmasının rahatlığı və digər xidmətlər kimi sərnişinlər üçün mühüm olan aviaşirkətin məhsul komponentləri üzrə qiymətləndirmə aparılıb.

Təyyarə salonunun vəziyyəti, tərtibi və təmizliyi, təyyarənin göyərtəsində əyləncə, heyət üzvlərinin uniformaları, onların sərnişinlərə münasibəti və işin səmərəliliyi diqqətli şəkildə qiymətləndirilib. "Duty-free" xidməti, bort jurnalının məlumat tərkibi, bortda qidalanmanın keyfiyyəti və oturacaqların rahatlığının qiymətləndirilməsi də diqqətdən kənarda qalmayıb.

Bundan əlavə, AZAL-ın "Dünyanın ən böyük irəliləyiş əldə etmiş aviaşirkəti" adlı qlobal kateqoriyada "Skytrax" agentliyi tərəfindən təsis olunan “World Airline Awards” mükafatına namizədliyi verilib. "Air France" və "Delta Airlines" kimi qlobal daşıyıcılar arasında AZAL ikinci yerdədir.

Son xəbərlər

Orphus sistemi