Bakı. 20 dekabr. REPORT.AZ/ Opera ulduzları Yusif Eyvazov, Anna Netrebko, Andrea Bocelli və Olqa Peretyatko iyunun 4-də Dövlət Kreml Sarayının səhnəsində birgə konsert verəcəklər.
“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə konsertin təşkilatçısı Berin Iglesias Art. Şirkətinin Mətbuat xidmətindən bildirilib.
"Opera ulduzlarını toplamaq qeyri-mümkün görünürdü, çünki onların hər birinin cədvəli artıq qarşıdakı illər üçün qurulub. Onlar hazırda ən çox tələbat görən opera artistləridir", - məlumatda qeyd olunub.
Pərəstişkarları qeyd edirlər ki, Rusiyanın xalq artisti Anna Netrebkonun həyat yoldaşı Yusif Eyvazovla birgə konsertləri xüsusi enerjisi ilə fərqlənir.
Konsert simfonik orkestr və xorla müşayiət ediləcək.