“Yuğ” teatrının direktor əvəzi: “İşdən çıxan aktyorlarla əməkdaşlığımızı davam etdirəcəyik”

“Yuğ” teatrının direktor əvəzi: “İşdən çıxan aktyorlarla əməkdaşlığımızı davam etdirəcəyik” Bakı. 6 dekabr. REPORT.AZ/ Azərbaycan Dövlət Yuğ Teatrında müəyyən tamaşaları bərpa etmişik
İncəsənət
6 Dekabr , 2017 14:03
“Yuğ” teatrının direktor əvəzi: “İşdən çıxan aktyorlarla əməkdaşlığımızı davam etdirəcəyik”

Bakı. 6 dekabr. REPORT.AZ/ "Azərbaycan Dövlət "Yuğ" Teatrında müəyyən tamaşaları bərpa etmişik"

Bu barədə "Report"a açıqlamasında Azərbaycan Dövlət Kukla Teatrının direktoru və “Yuğ” Dövlət Teatrının direktoru vəzifəsinin müvəqqəti icraçısı Rəşad Əhmədzadə deyib.

O qeyd edib ki, sabah, dekabrın 7-də YUĞ-da yeni tamaşa təhvil veriləcək: "Artıq "Quş dili" tamaşasının hazırlıqları başa çatıb. Hər iki teatrda işlər öz qaydası ilə gedir. Bu barədə nəsə danışıb özümü tərifləmək istəmirəm".

R.Əhmədzadə işdən çıxan aktyorlarla əməkdaşlıqlarının davam edəcəyini də bildirib: "Hikmət Rəhimov və Rasim Cəfərov işdən çıxsalar da, onlarla birdəfəlik müqavilə bağlanıb. Yəni hansı tamaşalarda var idilərsə, həmin tamaşalarda yenə çıxış edəcəklər. Bu isə onlardan asılıdır. İş şəraitlərinə görə teatrda işlərini çatdıra bilmirdilər. Əgər sabah onların işlərində boşluq yaranarsa biz yenə də onlarla fəaliyyətimizi davam etdirəcəyik".

Son xəbərlər

Orphus sistemi