Yaşıl Teatr Bakı Konsert Kompleksində ümummilli lider
Bu barədə "Report"a Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.
Bakı Şəhər İcra Hakimiyyətin təşkilatçılığı və Azərbaycanın tanınmış incəsənət xadımləri, populyar ifaçıların iştirakı ilə baş tutan tədbirə paytaxt ictimaiyyəti və çoxsaylı qonaqlar qatılıb. Konsertə Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyovun rəhbəri və baş dirijoru olduğu “Niyazi” adına simfonik orkestrin ifasında Ü.Hacıbəyovun “Koroğlu” operasından uvertüra ilə başlanıb.
Azərbaycan estrada ulduzlarının bir-birindən maraqlı ifaları ilə davam edən təntənəli konsertdə Azərbaycanın Xalq atristləri Samir Cəfərov,
Konsertə Əməkdar artist Ramil Qasımovun ifasında “İlhamlı günləri Azərbaycanın” mahnısı ilə yekun vurulub. Tədbir tamaşaçıların böyük razılığı ilə qarşılanıb, incəsənət xadimlərinin çıxışları sürəkli alqışlarla müşayiət olunub.
Konsert zamanı səhnədə quraşdırılmış ekranda ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən foto materiallar nümayiş etdirilib.