"YARAT" təşkilatı yeni sərgi keçirəcək

"YARAT" təşkilatı yeni sərgi keçirəcək Sərgi dekabrın 20-dən yanvarın 19-dək davam edəcək
İncəsənət
104
15 Dekabr , 2014 11:00
YARAT təşkilatı yeni sərgi keçirəcək
Bakı. 15 dekabr. REPORT.AZ/ YARAT təşkilatı və Müasir İncəsənət Muzeyi "e•phem•er•a" sərgisini tamaşaçılara təqdim edəcək.

"Report" xəbər verir ki, bu barədə Müasir İncəsənət Mərkəzi məlumat yayıb.

Dekabrın 20-də açılışı olacaq sərgidə səkkiz rəssamın - Əliyar Əlimirzəyev, Rasim Babayev, Kamal Əhməd, Zakir Hüseynov, Ucal Haqverdiyev, Yelena Haqverdiyeva, Niyaz Nəcəfov və Altay Sadıxzadənin əl işləri nümayiş etdiriləcək.

Əsərlərdə mif, klassiklərin poetik sətrləri, görünməz iplər, ədəbi əsərlərdə şifrələnmiş obrazlar, əsrlər boyu formalaşmış simvollar və alleqoriyalar dayanır. Bunlar bizi və indiki dövrü xarakterizə edir.

İdeya müəllifi Leyla Ağayevaya məxsusdur.

Qeyd edək ki, sərgi 2015-ci il yanvarın 19-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi