Bakı. 20 aprel. REPORT.AZ/ İrəvan Dövlət Azərbaycan Dram Teatrı Türkiyənin Amasya şəhərində qastrol səfərindədir.
"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, teatr Amasya Universitetinin Suluova Mədəniyyət Mərkəzində "Xocalı qətliamı" tamaşasını nümayiş etdirib.
Əsər türk tamaşaçılarına duyğulu anlar yaşadıb.