Xalq artistinin yubileyinin vaxtı dəyişdirilib

İncəsənət
  • 08 oktyabr, 2015
  • 10:08
Xalq artistinin yubileyinin vaxtı dəyişdirilib

Bakı. 8 oktyabr. REPORT.AZ/ Teatr rejissoru, xalq artisti Ağakişi Kazımovun oktyabrın 26-da Teatr Xadimləri İttifaqında keçirilməsi nəzərdə tutulan 80 illik yubiley tədbiri təxirə salınıb.

"Report" xəbər verir ki, yubiley mərasimi noyabrın 28-də Teatr Xadimləri İttifaqında keçiriləcək.

Tədbirin vaxtının oktyabrdan noyabra dəyişdirilməsini A.Kazımovun özü xahiş edib.

Xatırladaq ki, rejissor Ağakişi Kazımov 1935-ci il martın 11-də Ağcabədi rayonunda anadan olub.

1952-1957-ci illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun aktyorluq fakültəsində təhsil alıb. 

44 - Tezliklə