"Unudulmaz əfəndi" tamaşasının növbəti nümayişi olub

"Unudulmaz əfəndi" tamaşasının növbəti nümayişi olub Baş nazirin müavini: "Bu tamaşadan sonra özümü qınadım ki, niyə "YUĞ" teatrının tamaşalarına az baxmışam"
İncəsənət
162
2 Fevral , 2015 11:10
Unudulmaz əfəndi tamaşasının növbəti nümayişi olub

Bakı. 2 fevral. REPORT.AZ/ "YUĞ" Dövlət Teatrı "Unudulmaz əfəndi" tamaşasını nümayiş etdirib.

"Report" xəbər verir ki, tamaşa görkəmli dramaturq İlyas Əfəndiyevin "Boy çiçəyi və ya Sən həmişə mənimləsən" əsərinin motivləri əsasında hazırlanıb. Tamaşanın nümayişində baş nazirin müavini Elçin Əfəndiyev və qızı Günay Əfəndiyeva iştirak ediblər.

Əsərin nümayişindən sonra "YUĞ" teatrının aktyorları ilə söhbət edən Elçin Əfəndiyev tamaşanı bəyəndiyini deyib və bütün aktyorları təbrik edib.

"Mən bu tamaşadan sonra özümü qınadım ki, niyə "YUĞ" teatrının tamaşalarına az baxmışam. Bundan sonra çalışıb sizin tamaşalarınıza tez-tez gələcəm", - E.Əfəndiyev deyib.

Qeyd edək ki, tamaşanın quruluşçu rejissoru Vidadi Həsənov, rəssamı Umay Həsənova, musiqi tərtibatı Amid Qasımova aiddir.
Tamaşada əməkdar artist Vidadi Həsənov, Sonaxanım Mikayılova, aktyorlar Amid Qasımov, Könül Cəfərzadə və Vüqar Hacıyev çıxış edib.

Son xəbərlər

Orphus sistemi