Ukraynalı solistlər Bakıda Opera və Balet Teatrında çıxış edəcəklər

Ukraynalı solistlər Bakıda Opera və Balet Teatrında çıxış edəcəklər Tamaşanı xalq artisti, professor Cavanşir Cəfərov idarə edəcək
İncəsənət
3 Oktyabr , 2017 13:28
Ukraynalı solistlər Bakıda Opera və Balet Teatrında çıxış edəcəklər

Bakı. 3 oktyabr. REPORT.AZ/ Akademik Opera və Balet Teatrında oktyabrın 14-də P.Çaykovskinin "Qu gölü" baletinin tamaşası keçiriləcək.

Teatrın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, tamaşada əsas partiyaları Ukrayna Milli Operasının aparıcı solistləri, Ukraynanın əməkdar artistləri, balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatları Olqa Qolitsa (Odetta-Odilliya) və Denis Nedak (şahzadə Ziqfrid) ifa edəcəklər.

Qeyd edək ki, O.Qolitsa hazırda Ukrayna ilə yanaşı, həm də Almaniya, Fransa, İsveçrə, Böyük Britaniya, İspaniya, Portuqaliya, İtaliya, Yunanıstan, Çin, ABŞ kimi ölkələrin qabaqcıl teatrlarında çıxış edir.

Ukraynalı sənətçilərlə yanaşı tamaşada əməkdar artistlər Nigar İbrahimova, Samir Səmədov, solistlər Elmira Süleymanova, Ayan Eyvazova, Liana Mirabdullayeva və başqaları çıxış edəcəklər.

Tamaşanı xalq artisti, professor Cavanşir Cəfərov idarə edəcək.

Son xəbərlər

Orphus sistemi