Türkiyənin infarkt keçirən məşhur aktyoru vəfat etdi - YENİLƏNİB

Türkiyənin infarkt keçirən məşhur aktyoru vəfat etdi - YENİLƏNİB Türkiyənin səhiyyə naziri Fahrettin Koca tvitter hesabında aktyorun yaxınlarına başsağlığı verib
İncəsənət
8 Mart , 2021 23:04
Türkiyənin infarkt keçirən məşhur aktyoru vəfat etdi - YENİLƏNİB
Rasim Öztəkin

Bu gün infarkt keçirən Türkiyənin tanınmış teatr və kino aktyoru Rasim Öztəkinin həyatını xilas etmək mümkün olmayıb.

“Report” Türkiyə mətbuatına istinadən xəbər verir ki, 62 yaşlı aktyor müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Türkiyənin səhiyyə naziri Fahrettin Koca tvitter hesabında aktyorun yaxınlarına başsağlığı verib.

Qeyd edək ki, o, Türkiyənin “Səksənlər” serialında Ahmet, Çağatay və Nazlının atası, Çınaraltı məhəlləsinin keçmiş icra nümayəndəsi Fehmi Özdemir rolundan da tanışdır.

13:58

Türkiyənin tanınmış teatr və kino aktyoru Rasim Öztəkin infarkt keçirib.

“Report” “TRTHaber”ə istinadən xəbər verir ki, 62 yaşlı aktyor xəstəxanaya yerləşdirilib.

Orada həkimlərin müdaxiləsi nəticəsində Rasim Öztəkinin vəziyyəti normallaşıb.

O daha sonra Toraks və Ürək-Damar Cərrahiyyəsi Xəstəxanasındadır.

Rasim Öztəkinin səhhətinin yaxşılaşdığı bildirilib.

Qeyd edək ki, o, Türkiyənin “Səksənlər” serialında Ahmet, Çağatay və Nazlının atası, Çınaraltı məhəlləsinin keçmiş icra nümayəndəsi Fehmi Özdemir rolundan da tanışdır.

Son xəbərlər

Orphus sistemi