"Təhmin və Zaur" filminin təqdimatı keçiriləcək

"Təhmin və Zaur" filminin təqdimatı keçiriləcək Biletləri "Cinema Plus"un rəsmi saytından və "Gənclik Mall"da yerləşən "Cinema Plus" kassalarından almaq olar
İncəsənət
11 Oktyabr , 2017 17:14
Təhmin və Zaur filminin təqdimatı keçiriləcək

Bakı. 11 oktyabr. REPORT.AZ/ "Cinemazadeh" istehsalı olan "Təhmin və Zaur" filminin təqdimatı keçiriləcək.

"Cinemazadeh"dən "Report"a verilən məlumata görə, oktyabrın 19-da baş tutacaq qala gecəsi üçün özəl bilet satışı olacaq.

"Gənclik Mall"da yerləşən "Cinema Plus" kino mərkəzində saat 19:00-da keçiriləcək təqdimatda tanınmış simalar iştirak edəcək.

Bildirilib ki, oktyabrın 19-dan etibarən tamaşaçıların ixtiyarına veriləcək ekran əsəri Bakı kinoteatrları ilə yanaşı Gəncə və Naxçıvan kinoteatrlarında da yayımlanacaq.

Filmdə baş rolları Elcan Rəsulov, Fərda Xudaverdiyev və Kəmalə Piriyeva canlandırır. Komediya janrında olan ekran işinin rejissoru Zaur Mirzəzadədir.

Qala gecəsi üçün biletləri "Cinema Plus"un rəsmi saytında (http://www.cinemaplus.az/az/films/t-hmin-v-zaur/) və eyni zamanda "Gənclik Mall"da yerləşən "Cinema Plus" kassalarından almaq olar.

Son xəbərlər

Orphus sistemi