Gənc Tamaşaçılar Teatrı Kolombo Teatr Festivalına dəvət olunub

Gənc Tamaşaçılar Teatrı Kolombo Teatr Festivalına dəvət olunub Şri-Lankalı nazir Gənc Tamaşaçılar Teatrını festivala dəvət edib
İncəsənət
21 May , 2015 16:09
Gənc Tamaşaçılar Teatrı Kolombo Teatr Festivalına dəvət olunub

Bakı. 21 may. REPORT.AZ/ Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı 2016-cı ildə Şri-Lankada keçiriləcək Kolombo Beynəlxalq Monotamaşalar Teatr Festivalında çıxış edəcək.

"Report" xəbər verir ki, bu barədə məlumatı Şri-Lankanın mədəniyyət naziri Nandimithra Ekanayake Gənc Tamaşaçılar Teatrının direktoru, əməkdar artist Mübariz Həmidovla görüşündə deyib.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti 2013-cü ildə Şri-Lankada keçirilən Kolombo Beynəlxalq Monotamaşalar Teatr Festivalında iştirak edib. ASSITEJ-in Şri-Lanka Mərkəzinin təşkilatçılığı ilə Kolombo şəhərində keçirilən festivalda teatr P.Züskindin “Kontrabas” tamaşasını nümayiş etdirib.

Şri-Lankalı nazir Gənc Tamaşaçılar Teatrını yenidən Kolombo Festivalına dəvət edib.

Nandimithra Ekanayake teatrda Nizami Gəncəvinin "Xeyir və Şər" tamaşasına baxıb. 

Son xəbərlər

Orphus sistemi