Xalq artistləri Ağaxan Salmanlı və Yasin Qarayevin yubileyləri qeyd olunacaq

Xalq artistləri Ağaxan Salmanlı və Yasin Qarayevin yubileyləri qeyd olunacaq Tədbir iyunun sonunda baş tutacaq
İncəsənət
8 İyun , 2016 21:05
Xalq artistləri Ağaxan Salmanlı və Yasin Qarayevin yubileyləri qeyd olunacaq

Bakı. 8 iyun. REPORT.AZ/ Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində xalq artistləri, Gənc Tamaşaçılar Teatrının aktyorları Ağaxan Salmanlı və Yasin Qarayevin yubileyləri münasibətilə tədbir keçiriləcək.

Bu barədə "Report"a Teatr Muzeyinin direktoru Sevinc Mikayılova məlumat verib.

Onun sözlərinə görə, bu il hər iki sənətkarın yubileyidir. Ağaxan Salmanlının 75, Yasin Qarayevin 70 yaşı tamam olur. Bu münasibətlə iyunun sonunda muzeydə tədbir keçirməyi nəzərdə tutmuşuq. Bakıda keçiriləcək yarışla əlaqədar olaraq tədbir iyunun 20-dən sonra keçiriləcək.

Yubiley tədbirləri Teatr Muzeyinin təşkilatçılğı ilə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı ilə birlikdə təşkil olunacaq.

Son xəbərlər

Orphus sistemi