Tbilisidə iki gün Kikabidze ilə vida mərasimi keçiriləcək

Tbilisidə iki gün Kikabidze ilə vida mərasimi keçiriləcək Yanvarın 15-də vəfat edən aktyor və müğənni Vaxtanq Kikabidze ilə vida mərasimi yanvarın 17-də və 18-də Tbilisinin mərkəzindəki Kaşveti kilsəsində keçiriləcək.
İncəsənət
16 Yanvar , 2023 21:30
Tbilisidə iki gün Kikabidze ilə vida mərasimi keçiriləcək

Yanvarın 15-də vəfat edən aktyor və müğənni Vaxtanq Kikabidze ilə vida mərasimi yanvarın 17-i və 18-də Tbilisinin mərkəzindəki Kaşveti kilsəsində keçiriləcək.

“Report” xəbər verir ki, bu barədə opera müğənnisi və Kikabidzenin dostu Paata Burçuladze bildirib.

“Ayın 17-18-də saat 16:00-da Kaşveti kilsəsində vida mərasimi olacaq, 19-da isə saat 14:00-da filarmoniyanın böyük konsert zalından mərhumun cənazəsi çıxarılacaq”, - P.Burçuladze “Mtavari Archi” telekanalının efirində deyib.

Daha əvvəl V.Kikabidzenin meneceri Rati Abzianidze aktyorun yanvarın 19-da həyat yoldaşı və anasının da dəfn olunduğu Tbilisidəki Veriyski qəbiristanlığında torpağa tapşırılacağını açıqlamışdı.

Son xəbərlər

Orphus sistemi