"Taxt-tac oyunları"nın son mövsümü 2019-cu ilin aprelindən ekranlara çıxacaq - VİDEO

"Taxt-tac oyunları"nın son mövsümü 2019-cu ilin aprelindən ekranlara çıxacaq - VİDEO Bakı. 14 noyabr. REPORT.AZ/ Taxt-tac oyunları serialının sonuncu – səkkizinci mövsümünün nümayişinə 2019-cu ilin aprel ayından başlanacaq.
İncəsənət
2821
14 Noyabr , 2018 06:22
Taxt-tac oyunlarının son mövsümü 2019-cu ilin aprelindən ekranlara çıxacaq - VİDEO

Bakı. 14 noyabr. REPORT.AZ/ "Taxt-tac oyunları" serialının sonuncu – səkkizinci mövsümünün nümayişinə 2019-cu ilin aprel ayından başlanacaq.

“Report” xəbər verir ki, bu barədə layihənin rəsmi "Twitter" səhifəsinə yerləşdirilən treylerdə deyilir.

"Son mövsüm. 2019-cü ilin apreli", — deyə videoçarxın sonunda qeyd olunur.

Treylerin özü serialın əvvəlki mövsümlərindən götürülmüş kadrlardan ibarətdir.

Bundan əvvəl "Marvel" kino dünyasında "Hulk" obrazını canlandıran Hollivud aktyoru Mark Ruffalo çəkiləcək "Qisasçılar -4" filminin rəsmi adını açıqladığına görə, heyətdən qovulub.

Son xəbərlər

Orphus sistemi