"Hulk" rolunun ifaçısı filmdən qovulub - VİDEO

"Hulk" rolunun ifaçısı filmdən qovulub - VİDEO Bakı. 9 oktyabr. REPORT.AZ/ Marvel kino dünyasında Hulk obrazını canlandıran Hollivud aktyoru Mark Ruffalo çəkiləcək Qisasçılar -4 filminin rəsmi adını açıqladığına görə, heyətdən qovulub.
İncəsənət
9 Oktyabr , 2018 06:34
Hulk rolunun ifaçısı filmdən qovulub - VİDEO

Bakı. 9 oktyabr. REPORT.AZ/ "Marvel" kino dünyasında "Hulk" obrazını canlandıran Hollivud aktyoru Mark Ruffalo çəkiləcək "Qisasçılar -4" filminin rəsmi adını açıqladığına görə, heyətdən qovulub.

“Report” xəbər verir ki, hadisə Cimmi Fellonun şousu zamanı baş verib.

Sonradan Ruffalo öz "Twitter" hesabında verilişdən onun sözlərini "çıxarmaq" xahişi ilə aparıcıya müraciət edib.

"Cimmi Fellon, inanıram ki, sən mənim bugünkü təsadüfi açıqlamamı çıxaracaqsan. Bu qeyd üçün deyildi, dostum. Xahiş edirəm, məni "Marvel"lə yenidən problemə salma", — deyə aktyor yazıb.

Lakin verilişdə həmin hissə çıxarılmayıb və Ruffalonun yalnız səsini "batırıblar".

Sonradan filmin rejissorları "Twitter"də bunları yazıblar: "Mark, sən işdən çıxarıldın".

Onların bunu zaraftca və ya həqiqətən yazdıqları hələ sonadək məlum deyil.

Son xəbərlər

Orphus sistemi