Sumqayıt Dövlət Musiqili Dram Teatrının adı dəyişdirilib

Sumqayıt Dövlət Musiqili Dram Teatrının adı dəyişdirilib Teatr bundan sonra Sumqayıt Dövlət Dram Teatrı adlanacaq
İncəsənət
3 İyun , 2015 19:31
Sumqayıt Dövlət Musiqili Dram Teatrının adı dəyişdirilib

Bakı. 3 iyun. REPORT.AZ/ Nazirlər Kabineti Mədəniyyət və Turizm Nazirliyinin Maliyyə və Ədliyyə nazirlikləri, həmçinin Əmlak Məsələləri Dövlət Komitəsi ilə razılaşdırılmış təklifini nəzərə alaraq Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrının adını dəyişdirib.

"Report" xəbər verir ki, teatrın adında olan musiqili sözü çıxarılıb və bundan sonra Sumqayıt Dövlət Dram Teatrı adı ilə fəaliyyət göstərəcək.

Mədəniyyət və Turizm Nazirliyinə qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Qərarı baş nazir Artur Rasi-zadənin imzalayıb. 

Son xəbərlər

Orphus sistemi