“Siqaret çəkmə, film çək!” mövzusunda qısa film müsabiqəsinin qalibləri müəyyənləşib

“Siqaret çəkmə, film çək!” mövzusunda qısa film müsabiqəsinin qalibləri müəyyənləşib Bakı. 3 iyul. REPORT.AZ/ “Report” İnformasiya Agentliyi, “Cinemazadeh” studiyası, “Bakı Media Mərkəzi”, “CinemaPlus” kinoteatrlar şəbəkəsi, “Azad Azərbaycan” teleradio yayım şirkəti və CBC telekanalının sağlam həyat tərzinin təbliği ilə əlaqədar elan etdiyi “Siqaret çəkmə, film çək!” mövzusunda qısa film müsabiqəsinin qalibləri müəyyənləşib.
İncəsənət
3 İyul , 2018 17:50
“Siqaret çəkmə, film çək!” mövzusunda qısa film müsabiqəsinin qalibləri müəyyənləşib
0 : 00
0 : 00

Bakı. 3 iyul. REPORT.AZ/ “Report” İnformasiya Agentliyi, “Cinemazadeh” studiyası, “Bakı Media Mərkəzi”, “CinemaPlus” kinoteatrlar şəbəkəsi, “Azad Azərbaycan” teleradio yayım şirkəti və CBC telekanalının sağlam həyat tərzinin təbliği ilə əlaqədar elan etdiyi “Siqaret çəkmə, film çək!” mövzusunda qısa film müsabiqəsinin qalibləri müəyyənləşib.

"Report" xəbər verir ki, qaliblərin elan olunması və təntənəli mükafatlandırma mərasimi “CinemaPlus Ganjlik Mall”da keçirilib.

Tədbirdə çıxış edən kinorejissor, ssenarist və prodüser Cəfər Axundzadə bildirib ki, bu il yanvarın 31-də elan olunan müsabiqəyə, ümumilikdə, 92 film təqdim olunub: "Müsabiqənin münsiflər heyəti təqdim olunan bütün filmlərə baxaraq 4 filmi qalib elan edib. Münsiflər heyətinin yekun qərarına əsasən, birinci yer üzrə qalib müəyyənləşdirilməyib. Əvəzində, ikinci və üçünçü yerlərin hər biri üzrə iki mükafatçı (ümumilikdə, 4 mükafatçı) müəyyənləşdirilib".

“CinemaPlus” kinoteatrlar şəbəkəsinin Müşahidə Şurasının üzvü və Biznesin inkişafı depatamentinin rəisi Zaur Darabzadə vurğulayıb ki, müsabiqəyə təqdim olunan filmlərin hər birinə tək-tək baxılıb: “Gənclərin bu kimi mövzulara diqqət göstərməsi təqdirəlayiq haldır”.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, "Sağlam İnkişaf və Maarifləndirmə" İctimai Birliyinin sədri Anar Xəlilov çıxşında qeyd edib ki, Prezident İlham Əliyevin imzaladığı “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun alqışalayiq addımdır. A.Xəlilov gələcəkdə bu tip layihələrin Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə birgə keçirilməsini də təklif edib.

Tədbirin davamında qaliblərə diplom və pul mükafatları təqdim olunub.

Münsiflər heyətinin yekun qərarına əsasən, müsabiqədə qalib gələn şəxslər aşağıdakılardır:

Birinci yer – qalib yoxdur;

İkincü yer:

Nicat İbrahimlinin “Siqaret çəkmə, film çək!” animasiya filmi,

Sadiq Fərzəlibəyin “Çəkməyin” qısa filmi;

Üçüncü yer:

Emil Musayevin “Siqaret öldürür” qısa filmi,

Sultan Abbasbəylinin “Öz əlindədir” animasiya filmi.

II və III yerin qaliblərinə “CinemaPlus” kinoteatrlar şəbəkəsinin 250 manat dəyərində hədiyyə kartı da təqdim olunub.

Bundan başqa, iki ekran işi müsabiqə təşkilatçılarının diqqətini çəkib. Həmin filmlər yer tutmasa da, təşkilatçılar bu filmlərin rejissorlarının yaradıcılıqlarına dəstək verəcəklər. Ayat Baxşıyevin lentə aldığı “Bəhanələrimiz” qısa filminə ATV kanalı, Orxan Adıgözəlovun “Cənnətdə” qısa filminə “Cinemazadeh” studiyası dəstək verəcək. ATV kanalı eyni zamanda III yerin qalibi Sultan Abbasbəyliyə dəstək olacaq.

Müsabiqədə 2-ci yeri tutan ekran işlərinin hər biri 2 000 manat, 3-cü yerə layiq görülən filmlərin hər biri 1 000 manat məbləğində mükafatlandırılıb.

Qeyd edək ki, münsiflər heyətinə xalq artisti Şəfiqə Məmmədova, kino-ssenarist və rejissor Ramiz Fətəliyev, xalq artisti Murad Dadaşov, kinorejissor, ssenarist və prodüser Cəfər Axundzadə, kinorejissor Tahir Əliyev, “CinemaPlus” kinoteatrlar şəbəkəsinin Müşahidə Şurasının üzvü və Biznesin inkişafı depatamentinin rəisi Zaur Darabzadə daxildir.

Xatırladaq ki, Prezident İlham Əliyev “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunu imzalayıb. Bu qanun Azərbaycan əhalisinin sağlamlığının qorunması, sağlam həyat tərzinin təbliği, uşaqların və gənclərin sağlam böyüməsi və inkişafı, zərərli vərdişlərə aludəçiliyin profilaktikası, tütün məmulatlarının istifadəsinin və tütün tüstüsünün ətraf mühitə ziyanlı təsirlərinin azaldılması istiqamətində fəaliyyətin hüquqi əsaslarını müəyyən edir.

Son xəbərlər

Orphus sistemi