Sevinc Çılğının yaradıcılıq gecəsi keçiriləcək

Sevinc Çılğının yaradıcılıq gecəsi keçiriləcək Tanınmış şairə Sevinc Çılğının şeirli, musiqili təqdimat-konserti olacaq.
İncəsənət
14 Noyabr , 2023 13:09
Sevinc Çılğının yaradıcılıq gecəsi keçiriləcək

Tanınmış şairə Sevinc Çılğının şeirli, musiqili təqdimat-konserti olacaq.

"Report" xəbər verir ki, "Adagio" adlı sənət gecəsi dekabrın 26-da Beynəlxalq Muğam Mərkəzində baş tutacaq.

Şairənin yeni kitabının - "Adagio”un təqdimatı ilə başlayacaq gecə Mərkəzin səhnəsində konsert proqramı ilə davam edəcək.

Konsertdə həm müəllifin, həm də tanınmış aktrisaların ifasında şeir kompozisiyaları səslənəcək. Həmçinin, məşhur müğənnilər Sevinc Çılğının sözlərinə bəstələnmiş mahnıları ifa edəcək.

Şeirli, musiqili sənət gecəsində Azərbaycan səhnəsinin ulduzları İlqar Muradov, Gülüstan Əliyeva, Dilarə Əliyeva, Ayaz Qasımov, Vüsal Hacıyev, Pərviz Abdullayev, Zabitə Əliyeva, Nazim Məmmədov, Orxan Bağırov, Fidan Süleymanova, Təranə Ocaqverdiyeva, Natəvan Qeybani və sürpriz qonaqlar çıxış edəcəklər.

Konsertin biletlərini Beynəlxalq Muğam Mərkəzinin və şəhərin kassalarından, həmçinin "İticket" saytından onlayn əldə etmək mümkündür.

Son xəbərlər

Orphus sistemi