“Səma” rəqs ansablının konserti keçirilib

“Səma” rəqs ansablının konserti keçirilib Konsert Multikulturalizm ilinə həsr olunub
İncəsənət
25 Dekabr , 2016 13:04
“Səma” rəqs ansablının konserti keçirilib

Bakı. 25 dekabr. REPORT.AZ/ Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin dəstəyi və Mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə Mərkəzin təşkilatçılığı ilə Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında “Səma” rəqs ansamblının Multikulturalizm ilinə həsr olunmuş hesabat konserti keçirilib.

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsindən "Report"a verilən məlumata görə, konsertdə “Səma” rəqs ansamblının ifasında Azərbaycan və dünya xalqlarının rəqsləri nümayiş olunub.

Əməkdar artistlər Elza Seyidcahan, Ədalət Şükürov, əməkdar incəsənət xadimi, cazmen Cavan Zeynallı, tanınmış müğənnilər İzzət Bağırov, Niyam Salami, Günay İbrahimli, Səbinə Əsgərova, Nərminə Paşayeva, “Free life” rəqs qrupu öz ifaları ilə konsert proqramına xüsusi rəng qatıblar.

Konsertdə, həmçinin Gürcüstan Respublikasının əməkar artisti Tato Qoderdzişvili və “Xareba” gürcü akademik ansablı çıxış ediblər.

Sonda “Səma” rəqs ansablı və gürcü qonaqlar fəxri fərman və diplomlarla təltif olunublar.

Son xəbərlər

Orphus sistemi