Naxçıvanda "Sədərəkdən Şuşaya filmi" təqdim olunub

Naxçıvanda "Sədərəkdən Şuşaya filmi" təqdim olunub Sədərəkdən Şuşaya filmi” “Naxçıvan” Universitetində təqdim olunub.
İncəsənət
19 Yanvar , 2024 19:14
Naxçıvanda Sədərəkdən Şuşaya filmi təqdim olunub

Naxçıvanda "Sədərəkdən Şuşaya filmi" təqdim olunub.

“Report”un yerli bürosu xəbər verir ki, 20 yanvar faciəsinin ildönümü münasibəti ilə “Naxçıvan” Universitetində tədbir keçirilib, Naxçıvan televiziyasının hazırladığı “Sədərəkdən Şuşaya” filmi nümayiş etdirilib.

Filmin təqdimatında əvvəlcə şəhidlərimizin əziz xatirəsi yad edilib, Dövlət himnimiz səsləndirilib.

Rəsmi şəxslərin, şəhid ailəsi üzvlərinin, qazilərin, Sədərək döyüşçülərinin, ziyalı və tələbələrin, media nümayəndələrinin iştirak etdikləri tədbirdə çıxış edənlər xalqımızın keçdiyi mübarizə yoldan bəhs ediblər.

Bildirib ki, 34 il öncə Bakıda törədilən 20 Yanvar hadisələrindən bir neçə saat öncə Sədərəyə şiddətli hücum olmuş, Naxçıvan ilk şəhidlərini vermişdir.

Tədbirdə tələbələr tərəfindən qəhrəmanlıq ruhunda şeirlər səsləndirilib, bədii kompozisiya təqdim edilib.

Sonra “Sədərəkdən Şuşaya” filminə filmə baxış olub. Filmdə xalqımızın Sədərək döyüşlərindəki qəhrəmanlığı cəsur bir xanımın – qazi və tibb bacısı Nəzifə Qaybalıyevanın timsalında təqdim olunur. Naxçıvan televiziyasının arxivindənən götürülmüş unikal kadrları, eləcə də filmin baş qəhrəmanı Nəzifə Qaybalıyevanın tarixi müsahibəsini tamaşaçılar həyəcanla izləyiblər. Nəzifə Qaybalıyeva Vətən müharibəsindəki parlaq qələbəmizdən sonra bu dəfə Şuşada Ntv kameraları qarşısına çıxıb... Filmdə Sədərəyin qəhrəmanlıq tarixini varaqlanır, eyni zamanda, Naxçıvan döyüşçülərinin də uğrunda can qoyduğu Şuşa zirvəsinə qədər keçilən qəhrəmanlıq yolu izlənilir.
İzləyicilər sırasında filmin qəhrəmanı Nəzifə Qaybalıyeva da olub.

Son xəbərlər

Orphus sistemi