Rusiyanın məşhur balet teatrı Bakıda çıxış edəcək

Rusiyanın məşhur balet teatrı Bakıda çıxış edəcək Aprelin 11-12-də Heydər Əliyev Sarayında Rusiyanın “Kreml baleti” teatrı Azərbaycanın görkəmli bəstəkarı Fikrət Əmirovun musiqisi ilə yazılmış “Min bir gecə” tamaşasını təqdim edəcək.
İncəsənət
5 aprel 2019 08:36
Rusiyanın məşhur balet teatrı Bakıda çıxış edəcək

Aprelin 11-12-də Heydər Əliyev Sarayında  Rusiyanın “Kreml baleti” teatrı Azərbaycanın görkəmli bəstəkarı Fikrət Əmirovun musiqisi ilə yazılmış “Min bir gecə” tamaşasını təqdim edəcək.

“Report” xəbər verir ki, kollektivin Azərbaycana səfəri sözügedən tamaşanın tərtibatını yaratmış görkəmli rəssam, Azərbaycan və Rusiyanın xalq rəssamı Tahir Salahovun 90 illiyinə həsr olunub.

Baletin librettosu məşhur “Min bir gecə” nağılları əsasında Maqsud və Rüstəm İbrahimbəyov qardaşları tərəfindən yazılıb. Quruluşçu rejissor Rusiyanın xalq artisti Andrey Petrovdur.

Moskvanın Dövlət Kreml Sarayının səhnəsində 2010-cu ildən böyük uğurla təqdim olunan bu tamaşa müxtəlif ölkələrdə də  rəğbətlə qarşılanır.

Son xəbərlər

Orphus sistemi