Rusiyalı sənətşünas: "Tahir Salahov əfsanədir"

Rusiyalı sənətşünas: "Tahir Salahov əfsanədir" "Bizim üçün Tahir Salahov müasir təsviri sənətin böyük bir mərhələsi, əfsanəsidir"
İncəsənət
21 May , 2021 18:18
Rusiyalı sənətşünas: Tahir Salahov əfsanədir
Andrey Zolotov

“Bunu qəbul etmək çox çətindir. Bizim üçün Tahir Salahov müasir təsviri sənətin böyük bir mərhələsi, əfsanəsidir”.

Bunu “Report”un Rusiya bürosuna Rusiya İncəsənət Akademiyasının vitse-prezidenti, sənətşünas, rəssamlıq və musiqi tənqidçisi Andrey Zolotov bildirib.

“Əksər hallarda rəssam digər insanlardan seçilir. Salahov isə topluma, mədəni mühitə həmahəng olub. Bu da gözəl və nadir cəhətdir. O, müdrik insan, öz üslubunu yaratmış böyük rəssam olub. Yəni özünə xas olan, hamının anladığı sənət dilini yaratmaq hər kəsə nəsib olmur” – deyən rusiyalı sənətşünas Tahir Salahovun müstəsnalığını, lakin bununla insanlardan nəinki uzaqlaşmadığını, əksinə, daha da yaxınlaşdığını dilə gətirib: “Tahir Salahov hamını qovuşduran ümumbəşər incəsənət yaradıb. O, hər şeyi, hər kəsi ayırd edərdi. Onun nüfuzunu hamı qəbul edirdi. O, həm də nümunə göstərilib ki, bu da hər kəsə nəsib olmur. Bizim akademiyada da onu əziz tuturdular, prezidentimiz Zurab Tsereteli də ona xüsusi rəğbət bəsləyirdi. Akademiyamız üçün o, tarixi şəxsiyyət və böyük dəyərdir”.

Xatırladaq ki, Rusiya İncəsənət Akademiyasında çalışdığı 40 ildən çox müddətin böyük hissəsini Rəngkarlıq Bölməsinə rəhbərlik etmiş Tahir Salahov ötən gecə 92 yaşında Almaniyada vəfat edib. Mərhum Bakı şəhərində dəfn olunacaq.

Son xəbərlər

Orphus sistemi