“Qulliver Cırtdanlar ölkəsində” tamaşasının premyerası keçiriləcək

“Qulliver Cırtdanlar ölkəsində” tamaşasının premyerası keçiriləcək Teatr səhnə əsərini fərqli yozumda təqdim edəcək
İncəsənət
5 Oktyabr , 2017 16:42
“Qulliver Cırtdanlar ölkəsində” tamaşasının premyerası keçiriləcək

Bakı. 5 oktyabr. REPORT.AZ/ Gənc Tamaşaçılar Teatrında “Qulliver Cırtdanlar ölkəsində” tamaşasının premyerası keçiriləcək.

Teatrın Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, ilk dəfə satirik, publisist, filosof və ictimai xadim Conatan Sviftin məşhur “Qulliver Cırtdanlar ölkəsində” əsərinə müraciət edən kollektiv tamaşanı fərqli yozumda təqdim edəcək. 

Tamaşada kukla elementlərindən məharətlə istifadə olunaraq müəllifin başlıca silahı olan satira və gülüş məqamları yaradıcı heyət tərəfindən ustalıqla həll olunub. 

Quruluşçu rejissoru Elşad Rəhimzadə, rəssamı Elşən Sərxanoğlu, plastika üzrə iş Ceyhun Dadaşova məxsus tamaşada əməkdar artistlər - Vahid Əliyev, Nofəl Vəliyev, aktyorlar - Elşən Hacıbabayev, Müşfiq Əliyev, Ramil Məmmədov, Elnur Hüseynov, Asya Atakişiyeva, Nuriyyə Əliyeva, Xəyalə Meydanova, Könül Əbilova, Nuranə Hüseynova, Aygün Fətullayeva, Vüqar Məmmədəliyev, Bəhram Həsənov və başqaları iştirak edirlər.

Tamaşanın premyerası oktyabrın 27-də saat 15:00-da baş tutacaq.

Son xəbərlər

Orphus sistemi