“Qədim muzey işi ən müasir dövrlərdə” adlı beynəlxalq konfrans keçiriləcək

“Qədim muzey işi ən müasir dövrlərdə” adlı beynəlxalq konfrans keçiriləcək Sabah, mayın 15-i saat 11:00-da İçərişəhər Muzey Mərkəzi Gürcüstan Milli Muzeyi ilə birgə 18 May Beynəlxalq Muzeylər Gününə həsr olunanş Qədim muzey işi ən müasir dövrlərdə adlı beynəlxalq Zoom konfrans keçirəcək.
İncəsənət
104
14 May , 2020 11:39
“Qədim muzey işi ən müasir dövrlərdə” adlı beynəlxalq konfrans keçiriləcək

Sabah, mayın 15-i saat 11:00-da "İçərişəhər" Muzey Mərkəzi Gürcüstan Milli Muzeyi ilə birgə 18 May Beynəlxalq Muzeylər Gününə həsr olunanş "Qədim muzey işi ən müasir dövrlərdə" adlı beynəlxalq "Zoom" konfrans keçirəcək.

Bu barədə "Report"a "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, yeni Koronavirus pandemiyası muzey mütəxəssislərinin yaranmış qəfil vəziyyətə tez bir zamanda reaksiya vermələrinə və təcili olaraq kreativ imkanlarından istifadə etmələrinə şərait yaratdı. Bu çətin dövrdə bir çox muzeylər onlara məxsus yaradıcılıq imkanlarını nümayiş etdirməklə yanaşı müasir texnologiyalardan istifadə edərək ziyarətçilərə muzey kolleksiyalarını interaktiv formatda təqdim etmək imkanı qazandı.

Onlayn görüş bizə tarixi və coğrafi baxımdan yaxın qonşularımızın beynəlxalq təcrübələri ilə tanış olmaq imkanı verəcək. Dəyirmi masada həmçinin gürcüstanlı həmkarlarımızla muzey sahəsində gələcək əməkdaşlıq imkanları da müzakirə ediləcək.

"Zoom" konfransda iştirak etmək üçün [email protected] elektron ünvanına qısa mesaj göndərməklə qeydiyyatdan keçə, elektron ünvanınıza göndərilmiş link vasitəsilə həmin gün konfransda iştirak edə bilərsiniz.

Son xəbərlər

Orphus sistemi