“Park Cinema”nın bütün kinoteatrlarında “İçəri Şəhər” bədii filmi nümayiş olunacaq

“Park Cinema”nın bütün kinoteatrlarında “İçəri Şəhər” bədii filmi nümayiş olunacaq Ekran işi yanvarın 20-də göstəriləcək
İncəsənət
18 Yanvar , 2017 15:18
“Park Cinema”nın bütün kinoteatrlarında “İçəri Şəhər” bədii filmi nümayiş olunacaq

Bakı. 18 yanvar. REPORT.AZ/ “Park Cinema”nın bütün kinoteatrlarında “İçəri Şəhər” bədii filmi nümayiş olunacaq. 

“Report”un məlumatına görə, yanvarın 20-də göstəriləcək ekran işi Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb.

“İçəri Şəhər” filmi hazırda Hindistanda 15-ci “Pune” Beynəlxalq Film Festivalı çərçivəsində nümayiş olunur.

Film həmçinin Hindistanın 7-ci “Yaşvant” Beynəlxalq Film Festivalı, Misirin 38-ci Qahirə Beynəlxalq Film Festivalı, 47-ci Hindistan Beynəlxalq Film Festivalı (Qoa), Estoniyanın 20-ci Tallin “Qaranlıq gecələr” Film Festivalı və Hindistanın 21-ci Kerala Beynəlxalq Film Festivalında nümayiş olunub. Təhminə Rafaella filmdəki ifasına görə Türkiyənin 5-ci “Van gölü” Beynəlxalq Film Festivalının “Ən yaxşı aktrisa”sı mükafatına layiq görülüb.

Psixoloji dram janrında lentə alınan filmin ideya müəllifi Təhminə Rafaella, ssenari müəllifləri Təhminə Rafaella və İlqar Safat, quruluşçu rejissoru İlqar Safat, quruluşçu operatoru Luka Koassin, quruluşçu rəssamı Bütünay Haqverdiyev, icraçı prodüseri Ülvi Qasımov, prodüseri Müşfiq Hətəmovdur.

Filmdə baş rolları Təhminə Rafaella, Firdovsi Atakişiyev, Mehriban Zəki, Elmira Şabanova və digərləri canlandırırlar.

Qeyd edək ki, filmin seansları aşağıdakı vaxtlarda göstəriləcək:

Seanslar:

Park Bulvar: 22:00; 00:20;

Metro Park: 19:45; 22:10; 00:30;

Flame Towers: 11:40; 14:00; 16:20; 18:40; 21:00; 23:20; 01:40;

Zaqulba: 12:10; 14:30; 16:50; 19:10; 21:30; 23:50.

Son xəbərlər

Orphus sistemi