Parisdə Natiq Rəsilovun "İkinci güllə" qısametrajlı filmi nümayiş olunub - FOTO

Parisdə Natiq Rəsilovun "İkinci güllə" qısametrajlı filmi nümayiş olunub - FOTO Paris. 14 dekabr. REPORT.AZ/ Fransanın paytaxtı Parisdə yerləşən Elie Wiesel İnstitutunda Natiq Rəsilovun İkinci güllə qısametrajlı filmi nümayiş olunub.
İncəsənət
14 Dekabr , 2018 07:41
Parisdə Natiq Rəsilovun İkinci güllə qısametrajlı filmi nümayiş olunub - FOTO

Paris. 14 dekabr. REPORT.AZ/ Fransanın paytaxtı Parisdə yerləşən "Elie Wiesel" İnstitutunda Natiq Rəsilovun "İkinci güllə" qısametrajlı filmi nümayiş olunub.

“Report“un Qərbi Avropa bürosu məlumat verir ki, filmin nümayişi Fransa Milli Assambleyasının himayəsi, Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi, "Schroders" maliyyə holdinqi (Britaniyada aktivlərin idarə edilməsi üzrə beynəlxalq qrup), Fransada Azərbaycanın Dostları Assosiasiyası, "Elie Wiesel" İnstitutu və Fransanın SFİL ictimai bankının birgə təşkilatçılığı ilə keçirilən "Qadın hüquqları və Kino" festivalı çərçivəsində baş tutub.

Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Fransua Mansel fransalı kino həvəskarlarına Azərbaycanda qadınların cəmiyyətdəki rolu, onlara 100 il bundan qabaq səsvermə hüququnun verilməsi, qadın hüquqları kimi vacib məsələyə Azərbaycanda bu gün dövlət səviyyəsində böyük qayğı ilə yanaşılması haqqında məlumat verib.

Festivalda nümayiş olunan filmlər arasında “Nur“ (Livan), “1000 saatliq gecə“ (Avstriya), “Həqiqət göydədir“ (İtaliya) və digər filmlər yer alıb. 11 dekabrda başlamış festival bu gün Azərbaycanın Fransadakı səfirliyinin Mədəniyyət Mərkəzində qaliblərə mükafatların təqdimetmə mərasimi ilə başa çatacaq.

Son xəbərlər

Orphus sistemi