Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyinin təşkilatçılığı və
"Report"un Fransa bürosu xəbər verir ki, konsert Azərbaycanın bu ilin oktyabrından Qoşulmama Hərəkatında başlanacaq sədrliyi çərçivəsində 24 aprel - Mültilateralizm və Diplomatiya sülhün xidmətində və 30 aprel - Beynəlxalq caz günlərinə həsr edilib.
Tədbirdə çıxış edən Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Anar Kərimov tədbirə verdiyi dəstəyə görə Heydər Əliyev Fonduna və onun rəhbəri Azərbaycan Repsublikasının Birinci Vitse Prezidenti
Tədbirdə UNESCO yanında Qoşulmama hərəkatı qrupunun sədri, Venesuelanın daimi nümayəndəsi Hektor Konstan Rozales, Malinin daimi nümayəndəsi Omar Keita və UNESCO Baş direktorunun xarici əlaqələr və Afrika üzrə müavini Eduard Firmin Matoko çıxış edərək Azərbaycana bu cür konsertin təşkilinə görə təşəkkürlərini bildiriblər. Natiqlər Azərbaycanın UNESCO ideyalarının, sülhün, multileteralizmin və caz musiqisinin təbliği üçün apardığı fəaliyyəti yüksək qiymətləndirdiklərini bildiriblər.
Konsertdə 3 müxtəlif qitəni təmsil edən Azərbaycan, Mali və Venesuelanın tanınmış caz ustaları çıxış ediblər. Azərbaycanın əməkdar artisiti Tünzalə Ağayevanın ifası böyük alqışlarla qarşılanıb. Konsertin sonunda birlik və sülh mesajı kimi üç ölkənin musiqiçilərinin birgə musiqi parçası səsləndirilib.
Konsertdən sonra Azərbaycan daimi nümayəndəliyinin təşəbbüsü ilə 14 ölkənin milli mətbəxindən ibarət ziyafət verilib. Təşəbbüsə Azərbaycandan əlavə Əfqanıstan, Banqladeş, Boliviya, Kuba, İndoneziya, Qətər, Pakistan, Fələstin, Tailand, Zambiya, Mali, Səudiyyə Ərəbistanı və Venesuela daimi nümayəndəlikləri qoşulublar.