Pantomima Teatrında yeni tamaşalar hazırlanır

Pantomima Teatrında yeni tamaşalar hazırlanır Direktor: "Son zamanlar Fransadan gələn tamaşaçılarımızın sayı artıb"
İncəsənət
1249
12 İyun , 2018 14:38
Pantomima Teatrında yeni tamaşalar hazırlanır
0 : 00
0 : 00

Bakı. 12 iyun. REPORT.AZ/ Pantomima Teatrı bir neçə tələbə-aktyoru işə götürüb.

Bu barədə “Report”a Azərbaycan Dövlət Pantomima Teatrının direktoru Elman Rəfiyev məlumat verib. 

Onun sözlərinə görə, teatrın baş rejissoru Bəxtiyar Xanızadə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alan gənclərin qabiliyyətini yoxlayaraq onlar arasında seçim edib: “Onlardan 2-3 nəfəri teatrda yarımştat olaraq işə başladılar. Ümid edirəm ki, təhsillərini bitirdikdən sonra tam ştatlı işçi olaraq teatrımızda işlərini davam etdirəcəklər”.

E.Rəfiyev teatrda baş verən yeniliklərdən də danışıb: "Teatrda gecə-gündüz iş gedir. Hazırda yeni tamaşalar hazırlanır. Bütün teatrlar kimi iyulun 20-dək fəaliyyətimiz davam edəcək. Bizim tez-tez xarici tamaşaçılarımız olur. Son zamanlar Fransadan gələn tamaşaçılarımızın sayı artıb. Ümumiyyətlə, daha çox İngiltərə, Yaponiya, Rusiya və ABŞ-dan gələn tamaşaçılarımız olur”.

Son xəbərlər

Orphus sistemi