Pantomima Teatrı mövsümə "Son ştrix" tamaşası ilə yekun vuracaq

İncəsənət
  • 09 iyul, 2015
  • 07:00
Pantomima Teatrı mövsümə Son ştrix tamaşası ilə yekun vuracaq

Bakı. 9 iyul. REPORT.AZ/ "Azərbaycan Dövlət Pantomima Teatrı mövsümə iyulun 12-də "Son ştrix" tamaşası ilə yekun vuracaq".

"Report" xəbər verir ki, bunu Pantomima Teatrının direktoru, əməkdar artist Elman Rəfiyev deyib. 

Tamaşanın müəllifi və quruluşçu rejissoru xalq artisti Bəxtiyar Xanızadədir.

İdeya müəllifləri B.Xanızadə və aktyor Bəhruz Əhmədliyə məxsus səhnə əsərində baş rolu Bəhruz Əhmədli oynayır. 

Xatırladaq ki, yeni teatr mövsümünün açılışı sentyabrda olacaq.

44 filmi