İran istehsalı olan "Kommivoyajör" xarici dildə ən yaxşı film kimi "Oskar"a layiq görülüb - YENİLƏNİB-3

İran istehsalı olan "Kommivoyajör" xarici dildə ən yaxşı film kimi "Oskar"a layiq görülüb - YENİLƏNİB-3 Ona mükafatı isveçli aktrisa Alisiya Vikander təqdim edib
İncəsənət
366
27 Fevral , 2017 07:30
İran istehsalı olan Kommivoyajör xarici dildə ən yaxşı film kimi Oskara layiq görülüb - YENİLƏNİB-3

İlk xəbər 03:36-da dərc olunub

Bakı. 27 fevral. REPORT.AZ/ İranlı rejissor Əsgər Fərhadinin "Kommivoyajör" adlı ekran əsəri "Xarici dildə ən yaxşı film" nominasiyası üzrə "Oskar" mükafatına layiq görülüb.

"Report" xəbər verir ki, lakin rejissor ABŞ prezidenti Donald Trampın immiqrasiya qanunvericiliyinin sərtləşdirilməsi üzrə fərmanına etiraz əlaməti olaraq mükafatlandırma mərasiminə gəlməyib.

İran filmi ilə yanaşı bu nominasiya uğrunda "Tanna" (Avstraliya istehsalı), "Toni Erdmann" (Almaniya), "Mənim yurdum" (Danimarka) və "Uvenin ikinci həyatı" (İsveç) mübarizə aparırdı.

Sonra "İlin ən yaxşı filmi" inominasiyasında "La-la Lend" müziklinin qalib gəldiyi elan olunub və ekran əsərinin yaradıcı heyəti mükafatı almaq üçün səhnəyə dəvət olunub. Amma bir qədər sonra təşkilatçılar texniki səhvə yol verildiyini elan edib və "La-la Lend" müziklinin qalib olmadığını açıqlayıb. Təşkilatçıların nümayəndəsi filmin yaradıcı heyətindən üzr istəyib. 

"İlin ən yaxşı filmi" nominasiyasında isə dram janrında çəkilmiş "Ay işığı" filmi qalib olub. 

***

Devid Uosko və Sendi Reynolds-Uosko ən yaxşı quruluşçu rəssam hesab edilib. Bu, "La-La Lend" filminin ilk "Oskar"ıdır.

Ən yaxşı animasiya filmi

"Heyvanlar şəhəri" bu nominasiyasında qalib gəlib. Sözügedən kateqoriyada "Kubo. Samuray haqqında əfsanə", "Moana", "Balqabağın həyatı", "Heyvan nəğməsi" və "Qırmızı tısbağa" filmləri də mübarizə aparırdı.

Ən yaxşı qısametrajlı animasiya filmi

Bu nominasiyasında Alan Barillaronun "Qum cüllütü" ekran əsəri qalib gəlib.

İkinci planda ən yaxşı qadın roluna görə "Oskar"

Viola Devis "Hasarlar" filmində oynadığı ikinci planda ən yaxşı qadın roluna görə "Oskar" mükafatına layiq görülüb. Bu aktrisanın üçüncü nominasiyası və birinci qələbəsidir.

Bu ad uğrunda, həmçinin Naomi Harris ("Ay işığı"), Nikol Kidman ("Şir"), Oktaviya Spenser ("Gizli fiqurlar") və Mişel Uilyams ("Dəniz kənarında Mançester") mübarizə aparırdı.

İkinci planda ən yaxşı kişi roluna görə "Oskar"

Amerikalı 43 yaşlı aktyor Maxerşala Ali "Ay işığı" (Moonlight) filmində ikinci planda oynadığı ən yaxşı kişi roluna görə "Oskar" mükafatına layiq görülüb.

"Report" xəbər verir ki, bu barədə Amerika Kino Akademiyasının Los-Ancelesdə (Kaliforniya ştatı) keçirilən sayca 89-cu mükafatlandırma mərasimində elan olunub.

Ona mükafatı isveçli aktrisa Alisiya Vikander təqdim edib.

İkinci plan rolunun ən yaxşı ifaçısı adına Ceff Brices ("Nəyin bahasına olursa-olsun", Hell or High Water), Lukas Heces ("Dəniz kənarında Mançester", Manchester by the Sea), Dev Patel ("Şir", Lion) və Maykl Şennon ("Qaranlıqdan istifadə edərək", Nocturnal Animals) iddialı idi.

***03:36

"Oskar-2017" mükafatının təntənəli təqdimetmə mərasimi başlamaq üzrədir.

"Report" xəbər verir ki, Hollivudun məşhur simaları artıq "Dolbi" teatrı qarşısındakı qırmızı xalı üzərindən keçməyə başlayıblar.

Qeyd edək ki, bu il aktrisa Natali Portman "Oskar"a namizəd göstərilsə də, qırmızı xalı üzərinə çıxmayacaq. O, hamiləliyinin son dövrlərini yaşayır.

Mükafatlandırma mərasimi hər il "Dolby" teatrında keçirilir və ABC telekanalı vasitəsi ilə dünyanın 225 ölkəsinə yayımlanır.

Son xəbərlər

Orphus sistemi