Opera və Balet Teatrında “Qu gölü” baletinin tamaşası olacaq

Opera və Balet Teatrında “Qu gölü” baletinin tamaşası olacaq Səhnə əsəri 8 mart - Beynəlxalq Qadınlar Gününə həsr edilib
İncəsənət
23 Fevral , 2017 20:54
Opera və Balet Teatrında “Qu gölü” baletinin tamaşası olacaq

  Bakı. 23 fevral. REPORT.AZ/ Akademik Opera və Balet Teatrında martın 7-də Pyotr Çaykovskinin “Qu gölü” baletinin tamaşası göstəriləcək.

Teatrın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, səhnə əsəri 8 mart - Beynəlxalq Qadınlar Gününə həsr edilib.

Tamaşada əsas rollarda Belarus Respublikasının məşhur balet ulduzlarını Yana Ştangeyi (Odetta-Odilliya) və bu ölkənin xalq artisti  İqor Artamonovu (Şahzadə Ziqfrid) görə biləcəklər. Hər iki sənətçi dünyanın bir çox ölkələrində - Böyük Britaniya, Fransa, İtalitya, Almaniya, İspaniya, Meksika, Cənubi Koreya, Misir və s. ölkələrdə uğurlu qastrol səfərlərində olublar.

Tamaşanın dirijoru Azərbaycanın xalq artisti, professor Cavanşir Cəfərovdur.

Son xəbərlər

Orphus sistemi