“Öldürsənə məni, Caniko” tamaşasının premyerası keçiriləcək

“Öldürsənə məni, Caniko” tamaşasının premyerası keçiriləcək Bakı. 2 iyul. REPORT.AZ/ Gənc Tamaşaçılar Teatrında iyulun 8-də Əziz Nesinin “Öldürsənə məni, Caniko” pyesi əsasında hazırlanan eyniadlı tamaşanın premyerası keçiriləcək.
İncəsənət
2 İyul , 2018 15:34
“Öldürsənə məni, Caniko” tamaşasının premyerası keçiriləcək
0 : 00
0 : 00

Bakı. 2 iyul. REPORT.AZ/ Gənc Tamaşaçılar Teatrında iyulun 8-də Əziz Nesinin “Öldürsənə məni, Caniko” pyesi əsasında hazırlanan eyniadlı tamaşanın premyerası keçiriləcək.

Teatrın Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, tamaşada xalq artisti Naibə Allahverdiyeva, əməkdar artist Qəmər Məmmədova, aktyorlar - Allahverdi Yolçuyev, Təhminə Məmmədova, Müşfiq Əliyev, Bəhram Həsənov, Anar Seyfullayev və Anar Səfiyev rol alıb.

Tamaşanın quruluşçu rejissoru əməkdar artist Nicat Kazımov, rejissoru Müşfiq Əliyev, rejissor assistenti Sona Mustafayevadır.

Qeyd edək ki, məşhur türk dramaturqu Əziz Nesinin bu əsəri dünyanın bir çox səhnələrində dəfələrlə hazırlanıb və həmişə böyük tamaşaçı marağına səbəb olub. Əsərin janrı komediya olsa da, məğzi tənhalıq faciəsidir. Tamaşada həm komik həm də dramatik məqamlara yetərincə yer verilib.

Əsərin qəhrəmanları uzun illər öncə ərlərini itirmiş 68 yaşlı Siyen və 73 yaşlı Dihadır. Onlar məcburiyyətdən binanın zirzəmi qatında yaşayırlar. Siyenin toyunun 50 illik yubileyini qeyd etməyə hazırlaşan rəfiqələrin başına müxtəlif əhvalatlar gəlir. 

Premyera saat 19:00-da başlayacaq.  

Son xəbərlər

Orphus sistemi