“Senden Bana Kalan” filminin qala gecəsi olacaq

“Senden Bana Kalan” filminin qala gecəsi olacaq Mayın 14-də Nizami Kino Mərkəzi mövsümün son türk filmini təqdim edəcək
İncəsənət
9 May , 2015 10:24
“Senden Bana Kalan” filminin qala gecəsi olacaq

Bakı. 9 may. REPORT.AZ/ Nizami Kino Mərkəzi mövsümün son türk filmini mayın 14-də təqdim edəcək.

"Report" xəbər verir ki, “Senden Bana Kalan” adlı filmin rejissoru Abdullah Oğuzdur.

Türkiyənin ANS Produksiyon studiyasında, romantik dram janrında ekranlaşdırılan filmi Nizami Kino Mərkəzi AF.Media.az –Azərbaycan şirkəti ilə birlikdə təqdim edəcək.

Filmin süjet xətti romantik və acılı eşq dramı, uşaqlıqdan valideynlərini itirən və babasının mirası hesabına əziyyət çəkmədən, hətta bir azda ərköyün böyüyən Özgürdən başlayır.

Həyatını qayğısız davam etdirməyi planlaşdıran Özgür, 18 yaşına çatdıqda mirası almaq üçün o qədər də asan olmayan şərtlərə qatlanmaq məcburiyyətində qalır. O, İstanbulu tərk edib Çanakkalanın Adatəpə kəndində bir il yaşamalıdır. Bu şərti yerinə yetirməsə mirasın ancaq kiçik hissəsinə sahib olacağını öyrənən Özgür, mirası tam şəkildə haqq etdiyini düşünür və Adatəpəyə yollanır. Orada maraqlı hadisələrlə qarşılaşan Özgürün ən böyük surprizi bir anda həyatına girən Eliflə tanış olması olur...

Filmdəki baş rolları gənc aktrisa Neslihan Atagül və gənc aktyor Ekin Koç ifa edib.

Digər rollarda Gamze Pelin Gökçe, Zeynep Kankonde, Sabri Özmener, Wilma Elles, Doğa Konakoğlu çıxış edir.

Son xəbərlər

Orphus sistemi